İsmayıllıda AĞIR QƏZA - Xəsarət alanlar VAR

İsmayıllıda AĞIR QƏZA - Xəsarət alanlar VAR

Hazırda oxunan: İsmayıllıda AĞIR QƏZA - Xəsarət alanlar VAR

119860

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün Muğanlı-İsmayıllı yolunun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qəribov Nadir Ədalət oğlu 90-DL-050 dövlət nömrə nişanlı "Kia" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun buz bağlaması səbəbindən idarəetməni itirib, maşın sürüşərək çökək əraziyə aşıb.
Hadisə zamanı sürücü Nadir Qəribov, onun anası, 1959-cu il təvəllüdlü Qəribova Rayə Niyazi qızı, atası, 1954-cü il təvəllüdlü Qəribov Ədalət Əyyub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO