Fevralın 15-də saat 05 radələrində Xətai rayon ərazisində 1987-ci il təvəllüdlü Xankərimov İsmayıl Xankərim oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Xətai rayon prokurorluğu yayıb.
Mənbə bildirir ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:35 / 15.02.2021
Xətai rayonunda meyit tapıldı - Polis əməkdaşları cinayətkarı axtarır
Hazırda oxunan: Xətai rayonunda meyit tapıldı - Polis əməkdaşları cinayətkarı axtarır
Hazırda oxunan: Xətai rayonunda meyit tapıldı - Polis əməkdaşları cinayətkarı axtarır
11889
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.