Türkiyədən dəvət olunmuş mütəxəssislərlə təlimlərə başlanıldı - VİDEO

Türkiyədən dəvət olunmuş mütəxəssislərlə təlimlərə başlanıldı - VİDEO

Hazırda oxunan: Türkiyədən dəvət olunmuş mütəxəssislərlə təlimlərə başlanıldı - VİDEO

11718

Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizdə səfərdədir.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində qurumun psixoloqları və Türkiyədən dəvət olunmuş mütəxəssislər arasında təcrübə mübadiləsi də aparılır.

Həmçinin, fevralın 12-dən etibarən “Posttravmatik stress pozuntusunun müalicəsində effektiv terapiya metodları” mövzusunda təlimlərə başlanılıb.

Təlimlərdə Vətən müharibəsi iştirakçıları, qazilər, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvləri, erməni terrorundan zərər görmüş vətəndaşlarımızla aparılan terapevtik seansların nəticələri barədə müzakirələr aparılır, müharibənin mənfi fəsadlarının qısa müddətdə aradan qaldırılması üsulları təhlil olunur.

Təlimlərin bir ay müddətində keçirilməsi nəzərdə tutulub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO