Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib:
"Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".
Qeyd edək ki, yanvarın 8-dən Bakıya qar yağır. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:31 / 09.01.2023
Qarlı hava Bakı məktəblərində şagirdlərin davamiyyətini aşağı salıb - RƏSMİ
Hazırda oxunan: Qarlı hava Bakı məktəblərində şagirdlərin davamiyyətini aşağı salıb - RƏSMİ
Hazırda oxunan: Qarlı hava Bakı məktəblərində şagirdlərin davamiyyətini aşağı salıb - RƏSMİ
113715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.