Göygöldə it döyüşdürən şəxslər SAXLANILDI - VİDEO 

Göygöldə it döyüşdürən şəxslər SAXLANILDI - VİDEO 

Hazırda oxunan: Göygöldə it döyüşdürən şəxslər SAXLANILDI - VİDEO 
111335
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Araşdırmalar nəticəsində məlum olub ki, Göygöl rayon Quşçu kənd sakini Abdulla Hüseynov və Çaykənd kənd sakini Elyaz Məhərrəmov qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.

Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq Maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.  

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 25 sutka inzibati qaydada həbs edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO