Oğuzda baş həkim qəza törətdi

Oğuzda baş həkim qəza törətdi

Hazırda oxunan: Oğuzda baş həkim qəza törətdi

110739

Oğuz rayon Xaçmaz kənd Ailə Sağlamlıq Mərkəzinin baş həkimi idarə etdiyi avtomobillə qəza törədib.  

Bizim.Media-nın yerli bürosu bildirir ki, Oğuz şəhər sakini, 33 yaşlı Murad Sərkərov “Opel Vectra” markalı avtomobillə hərərəkdə olarkən idarəetməni itirdiyindən avtomobil aşıb.

Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Həyata keçirilən ilkin tibbi yardım və müalicədən sonra  Murad Sərkərovun sonrakı müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ rayon mərkəzi xəstəxanasına göndərilməsi qərara alınıb.  

Faktla bağlı  rayon polis şöbəsində araşdırma başlanıb.
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO