Şuşa-Xankəndi yolunda artıq aksiyanın yeddinci günü başlayıb.
Bizim.Media-nın əraziyə ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları gecə tonqal ətrafına toplaşaraq gitarada ifalar edib özündə birlik təcəssüm etdirən mahnılar oxuyur və tələblərini şüarlarla səsləndirib gecənin sukutuna hakim kəsilirlər.
Yeri gəlmişkən, aksiyaya könüllü olaraq qoşulan vətəndaşları gətirən avtobus gecə saat 02:30 radələrində Şuşa şəhərinə çatıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu