Nərminin nənəsi prezidentə müraciət etdi: - “Balamın əsl qatili tapılsın, sizə inanıram”

Nərminin nənəsi prezidentə müraciət etdi: - “Balamın əsl qatili tapılsın, sizə inanıram”

Hazırda oxunan: Nərminin nənəsi prezidentə müraciət etdi: - “Balamın əsl qatili tapılsın, sizə inanıram”

10998

“Mən prezidentim İlham Əliyevə inanıram. O, torpaqlarımızı işğaldan azad etdi. Nərminimin də qatilini tapacaq. Buradan prezidentimə səslənirəm. Balamın əsl qatili tapılsın...”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında ötən il Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova əsl qatilin tapılması üçün ölkə başçısına müraciət edərkən deyib.

Onun sözlərinə görə hazırda həbsdə saxlanılan və həbs müddəti daha 4 ay uzadılan İlkin Süleymanov günahsızdır:

 

MÖVZU İLƏ BAĞLI:

10 yaşlı Nərminin qətlində ittiham edilən İlkinin vəkili: "Qətli törətməsinə dair cinayət sübutu yoxdur"


“Cinayət hadisəsi İlkinin üstündə qalıb. Hələ həbs müddətini 4 ay da uzadıblar. Hökumət deyir ki, qatil İlkindir. Vallah bilmirəm nə deyim? 1 il ərzində heç nə dəyişməyib, hər şey olduğu kimi qalıb”.

Minayə İsmayılova qızının ailəsinə hökumət tərəfindən ev verildiyi ilə bağlı iddilara da toxunub.

“Vallah kasıb ailəyik. Bakıya getməyə belə pulumuz yoxdur. Damın altında çarəsiz qalmışıq. Üstəlik mətbuatda yazırlar ki, hökumət Nərminin ailəsinə pul verib və ev alıb. Əlim bütün günü suda xadiməlik edirəm".

"Zülm-zillətlə qızıma ev qurmuşam. Hamı da bilir ki, mən Nərmini hansı əzab-əziyyətlərlə böyütmüşdüm”- deyə nənə ah-nalə çəkib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva ötən il noyabrın 21-də itkin düşüb. 45 gün sonra  yaşadığı evinin yaxınlığında azyaşlının yandırılmış cəsədi tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Yanvarın 10-da cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İlkin Süleymanov 1 ildir ki, həbsdədir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO