Bakıda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO 

Bakıda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO 

Hazırda oxunan: Bakıda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO 

108917

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO