İşğaldan azad edilmiş ərazilərdə əcnəbilərə 2 illik iş icazəsi VERİLƏCƏK 

İşğaldan azad edilmiş ərazilərdə əcnəbilərə 2 illik iş icazəsi VERİLƏCƏK 

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə əcnəbilərə 2 illik iş icazəsi VERİLƏCƏK 

108705

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan veriləcək. 

Qüvvədə olan qanunvericiliyə əsasən, ümumi əsaslarla iş icazəsi 1 il müddətində verilə, onun müddəti isə hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə gələn ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq. 
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO