Zakir Həsənov da şəhid polislərin dəfninə gəldi  - FOTOLAR (Yenilənib)

Zakir Həsənov da şəhid polislərin dəfninə gəldi - FOTOLAR (Yenilənib)

Hazırda oxunan: Zakir Həsənov da şəhid polislərin dəfninə gəldi - FOTOLAR (Yenilənib)

108525

Ötən gün Nardaranda baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlunun II Fəxri Xiyabanda dəfn mərasimi keçirilir.xa0

AzVision.az xəbər verir ki, II Fəxri Xiyabanda təhlükəsizlik tədbirləri gücləndirilib. Ərazidə çoxlu sayda polis əməkdaşları var.

Dəfn mərasimində Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Daxili İşlər Naziri Ramil Usubov, Baş Prokurorun müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev və yüksək rütbəli polis zabitləri iştirak edirlər.

***

Azərbaycanın müdafiə naziri Zakir Həsənov da şəhid polislərin dəfn mərasiminə qatılıb.

***

Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları dəfn edilib. Şəhid olan polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.xa0

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.












© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO