Astarada maşın dərəyə aşdı - Sürücü öldü, oğlu xəsarət aldı

Astarada maşın dərəyə aşdı - Sürücü öldü, oğlu xəsarət aldı

Hazırda oxunan: Astarada maşın dərəyə aşdı - Sürücü öldü, oğlu xəsarət aldı

107903

Astara rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun dağlıq Motlayataq kəndində, Üləsi dağları ərazisində qeydə alınıb.

Motlayataq kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Hadisə nəticəsində sürücü yerindəcə keçinib. Avtomobildə olan sərnişin, sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Qəzaya qarlı havanın, yolun buzlu olmasının səbəb olduğu bildirilir. Apa.az-ın məlumatına görə, faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO