1 noyabr seçkiləri üzrə MSK- ya şikayəti təmin edilməyən Pənah Hüseyn MSK qərarından Apelyasiya Məhkəməsinə şikayəti Mərkəzi Poçtdan göndərməli olub. Onun musavat.com -a dediyinə görə 12 noyabrda dərc olunduqdan sonra qüvvəyə minən MSK qərarını 12 noyabrda alıb vÓ™ bu gün şikayətini tamamlayıb təqdim etdikdə ona bildirilib ki, məhkəmə rəsmən işləmir və sənədləri yalnız həftənin 1- ci iş günü təqdim edə ilər. Müddət problemi ilə üzləşən (Seçki Məcəlləsinə görə qərardan şikayət müddəti 3 gün müəyyən edilib- red.) şikayətçi hər ehtimala qarşı şikayətə dair sənədləri Mərkəzi Poçtdan göndərməli olub. P. Hüseyn ümid etdiyini bildirdi ki, müddət proseduru ilə bağlı problemlə üzləşməyəcək.

- A-
- A
- A+
Cəmiyyət
18:10 / 14.11.2015
Pənah Hüseyn məhkəməyə şikayətini Mərkəzi Poçtdan göndərib
Hazırda oxunan: Pənah Hüseyn məhkəməyə şikayətini Mərkəzi Poçtdan göndərib
Hazırda oxunan: Pənah Hüseyn məhkəməyə şikayətini Mərkəzi Poçtdan göndərib
106036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































