DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Məhdudiyyətlər olacaq

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Məhdudiyyətlər olacaq

Hazırda oxunan: DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Məhdudiyyətlər olacaq

104538

Baş DYP İdarəsi Bakı-Quba yolunda hərəkət məhdudiyyətləri ilə bağlı sürücülərə müraciət edib.

DİN-dən Bizim.Media-ya daxil olan məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 2022-ci il 16 noyabr tarixindən, saat 08:00-dan etibarən 150 metr məsafədə bir hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş DYP İdarəsi yolun sözügedən hissəsində sürücüləri daha diqqətli olmağa, müvəqqəti yol nişanlarının tələblərinə, sürət rejiminə əməl etməyə, mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırır.
Qeyd edək ki, yolun digər 2 hərəkət zolağının açıq olması şərti ilə tətbiq edilən məhdudiyyət tədbiri tikinti işləri bitənədək qüvvədə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO