\'\'Yağıntılara görə sürüşmə prosesi qaçılmazdır\'\' - Nazirlik

\'\'Yağıntılara görə sürüşmə prosesi qaçılmazdır\'\' - Nazirlik

Hazırda oxunan: \'\'Yağıntılara görə sürüşmə prosesi qaçılmazdır\'\' - Nazirlik

10066

Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə baş vermiş sürüşmə prosesi əsasən tabe amillərin təsirindən yaranıb.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Badamdardakı sürüşmənin səbəbi açıqlandı


O bildirib ki, ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması, əraziyə yağan atmosfer yağıntıları bu prosesi qaçılmaz edib:

“Hazırda tərəfimizdən tədqiqat işləri aparılır. Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə işlərimiz davam edir. Əraziyə başqa amillərin də təsiri var. Yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib".

Qeyd edək ki, dünən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yenidən sürüşmə hadisəsi baş verib.

Sürüşmə nəticəsində bir ictimai iaşə obyektinə və iki fərdi yaşayış evinə ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO