Rus əsirliyindən azad edilən ukraynalı qadın övlad dünyaya gətirdi - FOTO

Hazırda oxunan: Rus əsirliyindən azad edilən ukraynalı qadın övlad dünyaya gətirdi - FOTO

95675

Mariupolu müdafiə edən ukraynalı qadın Maryana Mamonova rus əsirliyindən azad edilib və övlad dünyaya gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukraynaya məxsus Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, doğuş səhər saat 4-də Lutsk Perinatal Mərkəzində baş verib. Ana və qızının vəziyyəti yaxşıdır.

Qeyd olunur ki, uşağın çəkisi 3250 qram, boyu isə 57 sm-dir.

Xatırladaq ki, Maryana Mamonova aprelin əvvəlində Mariupolda ruslar tərəfindən əsir götürülüb.

Qadın hamiləliyinin son dövründə əsirlərin dəyişdirilməsi nəticəsində sentyabrın 21-də rus əsirliyindən qayıdıb.

Daha əvvəl qadın əsirlikdə  ilk müsahibəsini verərək müalicəsindən danışmışdı.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO