Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO

Hazırda oxunan: Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO

190040

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə çalışmalar yerinə yetirilib.

Həmçinin zirehli texnikanın üzərinə quraşdırılmış silahdan aşkar olunan hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar da icra olunub. Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə tankçılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO