Ukrayna Azərbaycanı sülh sammitinə DƏVƏT ETDİ - FOTO

Ukrayna Azərbaycanı sülh sammitinə DƏVƏT ETDİ - FOTO

Hazırda oxunan: Ukrayna Azərbaycanı sülh sammitinə DƏVƏT ETDİ - FOTO

190008

Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk Facebook hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans iyunda Berlində baş tutacaq.

“Ukrayna adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak etməyə və məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərində prezident Zelenskinin Ukrayna sülh düsturunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim”.



"Ölkəm adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə və Prezident Zelenskinin Ukrayna sülh formulunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim. Məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizlənmə məsələlərində", - o deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO