Bu gün qısa iş GÜNÜDÜR
Bu gün Azərbaycanda qısa iş günüdür.
Bizim.Media xəbər verir ki, sabah 9 May - Faşizm üzərində Qələbə Günüdür.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Qeyd edək ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbəyə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir.
Bizim.Media...