DİQQƏT! Bakı-Naxçıvan aviareysləri təxirə salındı – SƏBƏB
Azərbaycan Hava Yollarının (AZAL) 29 avqust 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.
Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhəl...