Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul BAŞLADI
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq "mygov" platforması üzərindən həyata keçirilir. Vətəndaşlar övladlarını rəqəmsal qaydada növbəyə yazdırmaq və müraciətlərini idarə etmək imkanına sahibdirlər. Elektron sənəd qəbulu xidməti yalnız my.gov.az veb portalında əlçatandır.
Bizim.Media xəbər verir ki, regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılması prosesi 7 iyul tarixindən etibarən aktivləşdirilib.
Bakı şəhəri üzrə elektron növbələr isə bu gündən etibarən mərhələli şəkildə aktivləşdiriləcək. Belə ki, 2021 və 2022-ci il təvəllüdlü u...