Bakı sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
"İyunun 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Murtuza Muxtarov, Zərgərpalan, Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Salatın Əsgərova küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, İmadəddi...