“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub.
Bizim.Media xəbər verir ki, marafonun “Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.
Mərasimdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov iştirak ediblər.
Ardınca xatirə şəkili çəkdirilib.
Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. ...