Əməkdar artist Almaz Ələsgərli qızlarının yaxşı əl qabiliyyəti olduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, "Qadına görə" verilişində qonaq olan müğənni bildirib ki, qızları yıxılı evin dirəyidir:
"Qızlarıma uşaqlıqdan azadlıq vermişəm. Qızlarım mətbəxə girəndə, mən çox rahat oluram. Kiçik qızıma desəm ki, "balamsan, rəfiqəmlə gəlirəm, bir stol dəstgahı açar ki, gəl görəsən. Bir yemək bişirir ki, "super". Olmayan yerdən nə isə düzəldə bilər".
































































































