Baş nazir Ahmet Davudoğlunu vicdansızlıqda günahlandıran rejissor Mahsun Kırmızıgülə daha bir nazirdən sərt cavab gəlib.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım Güneydoğuda baş vermiş terror hadisələrində Davudoğlunu günahlandıran Mahsuna belə cavab verib:
“Onun bu işlərdən başı çıxmaz. Getsin Amerikada film çəksin. Üzərinə düşməyən işlərə burnunu soxur. Ölkəsini çox sevirsə, gəlsin, Türkiyədə yaşasın”x9d.
Xatırladaq ki, Mahsun Kırmızıgül sosial şəbəkədə Ahmet Davudoğluna müraciət edərək “Necə bu qədər zalım ola bildin?”x9d demişdi. Cavabında isə baş nazir “Zülm görmək istəyirsənsə, xəstəxanada ziyarət etdiyim 8 yaşlı Səidin gözlərinə bax”x9d söyləmişdi.
































































































