ABŞ erməni separatçılarına qucaq açır - Vaşinqtonu Qarabağda həyəcanlandıran SƏBƏB NƏDİR?

ABŞ erməni separatçılarına qucaq açır - Vaşinqtonu Qarabağda həyəcanlandıran SƏBƏB NƏDİR?

Hazırda oxunan: ABŞ erməni separatçılarına qucaq açır - Vaşinqtonu Qarabağda həyəcanlandıran SƏBƏB NƏDİR?

91693

Qarabağdakı separatçı rejimin qondarma “xarici işlər naziri” David Babayan sentyabrın 19-da ABŞ-a səfər edəcək. Onun həmçinin Konqresdə çıxış edəcəyi gözlənilir. Bildirilir ki, burada separatçı rejim nümayəndəsi “status” məsələsi və qondarma “arsax”ın təhlükəsizliyindən bəhs edəcək. Səfərin təşkilatçısı Amerika Ermənilərinin Milli Komitəsidir. 

Qeyd edək ki, erməni separatçılarının bu addımı ABŞ-ın son zamanlar Azərbaycana münasibətdə əməkdaşlığa uyğun gəlməyən bir sıra hərəkətlərlərilə üst-üstə düşür.

Vaşinqton bir tərəfdən, artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunu yenidən dirçəltmək istəyir. Bu da Ağ Evin Qarabağ məsələsinin həllindən özünün uzaqlaşdırılması və burada yalnız Rusiya və Türkiyənin yer almasından qıcıqlanmasından qaynaqlanır. Ona görə də bütün vasitələrdən istifadə etməklə çalışır ki, Minsk qrupu yenidən canlansın. Digər tərəfdən, bilirik ki, bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Şuşaya getməkdən imtina edib. 

Bu mənada ABŞ-ın “Minsk qrupu” məsələsidə tutduğu mövqeyi və səfirin Şuşaya getməkdən boyun qaçırmasındən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi heç də təsadüfi deyil. Bu hal erməni diasporu və lobbisinin ABŞ-da ciddi təsir imkanına malik olması ilə bağlıdır. Digər tərəfdən isə, bölgədə ABŞ-ın həmin siyasətinə yalnız İrəvan dəstək verir. Ona görə də Vaşinqton yenidən separatçılara qucaq açmağa başlayıb. 

Bu hal onu göstərmirmi ki, ABŞ erməni separatçılarına qucaq açır? Ümumiyyətlə, Vaşinqtonu bölgə ilə bağlı həyəcanlandıran səbəblər nədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlu bildirir ki, qondarma rejim rəsmisini dəvət etməklə ABŞ erməni separatçılarına qucaq açdığını ortaya qoyur.

Onlara qucaq açmaqda Vaşinqtonun məqsədi isə Azərbaycana təzyiq etməkdir: 

“Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyi” ABŞ tərəfindən qəbul olunmayıb. Amma bununla belə Vaşinqton bu məsələdə özünü ikiüzlü aparmaqda davam edir. Bu da bir sıra amillərlə bağlıdır. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi çox vektorlu xarici siyasət indiki geosiyasi reallıqlar şəraitində Vaşinqtonu qane etmir. Azərbaycan digərlərindən fərqli olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.
 

Azərbaycan həmçinin Rusiya üçün geniş loqistika və tranzit imkanı olan dövlət kimi çıxış edir. Qərb onu da anlayır ki, Rusiyadan enerji asıllığının aradan qaldırılması həm də Azərbaycan kimi zəngin enerji resurslarına malik dövlətlə əməkdaşlığı da vacib edir.


Odur ki, Vaşinqtonun Bakıya münasibətdə siyasəti ikili standartlar üzərində qurulmaqda davam edir. Qarabağ separatçıları rəsmisinin Konqresdə dinləmələrə qatılması hər halda Vaşinqton tərəfindən Bakıya ünvanlanan təzyiqdir. Bu mənada separatçı rejim nümayəndəsinin Vaşinqtona səfəri və Konqresə dəvət olunması, bir sözlə, ABŞ-ın separatçılara qucaq açması Ağ Evin Azərbaycana yönəlik təzyiqi kimi dəyərləndirilməlidir. ABŞ bununla Azərbaycanın bir sıra məsələlərdə müstəqil deyil, məhz Vaşinqtonun marağına uyğun addım atmasına çalışır. Amma bu təzyiqlərə baxmayaraq, Azərbaycan hər zaman olduğu kimi, indi də müstəqil siyasət yeritməkdə davam edir və edəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO