İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ABŞ-a İsraildən mümkün hücumlar barədə məlumatının olduğunu söyləyib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, Zərif tvitter hesabındakı bu paylaşımını ABŞ-ın hazırki Prezidenti Donald Trampa ünvanlayıb.
O deyib ki, İsrail ABŞ-ı İrana qarşı müharibəyə sürükləməklə bağlı planlar cızır.
"İraqdan gələn yeni kəşfiyyat məlumatları var. Bu xəbərlər onu göstərir ki, İsrailin təxribatçı agentləri Trampı müharibəyə sürükləmək üçün amerikalılara qarşı hücumlar planlaşdırır. Tələyə diqqət edin, Donald Trump",-deyə İranlı nazir vurğulayıb.
O əlavə edib ki, İran səmasında hər hansı “atəşfəşanlığa”cəhdin "arasından su keçməyən dostlar" üçün ağır nəticələri olacaq.
Qeyd edək ki, bundan əvvəl Zərif ABŞ-ın İranla müharibə başlatması üçün bəhanə axtardığını söyləmişdi.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:48 / 02.01.2021
İsrail ABŞ-İran müharibəsini başlatmaq istəyir - Amerikalılara hücumlar olacaq
Hazırda oxunan: İsrail ABŞ-İran müharibəsini başlatmaq istəyir - Amerikalılara hücumlar olacaq
Hazırda oxunan: İsrail ABŞ-İran müharibəsini başlatmaq istəyir - Amerikalılara hücumlar olacaq
7234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.