ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

Hazırda oxunan: ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

6949

ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer Azərbaycan xalqını təbrik edib.

Bizim.Media xəbər verir ki, Səfirlikdən verilən məlumata görə, təbrikdə deyilir:

“Birləşmiş Ştatların hökuməti və xalqı adından Azərbaycan xalqının yeni ilini təbrik edir, xoşbəxt və sağlam il diləyirik".

"2020-ci il hər iki ölkə üçün inanılmaz dərəcədə çətin və tarixi bir il oldu. Bilirəm ki, bir çox azərbaycanlı COVİD-19 və ya son münaqişə nəticəsində yaxınlarını itirdi. Və bilin ki, bu itkiləri yaşayanların dərdinə şərikəm. Keçən ilin bütün çətinliklərinə baxmayaraq, Azərbaycan xalqının çətinlikləri aşmaq, irəliləmək və gələcəyə yönəlmək əzmindən təsirləndim. İnanıram ki, bu, hər iki ölkənin ortaq nöqtəsidir".

"Azərbaycanın demokratik bir cəmiyyət olaraq çiçəklənmə və müstəqilliyin ən yeni zirvələrinə çatmaq potensialına nikbin baxıram və ümid edirəm ki, bölgə, nəhayət, davamlı bir sülh içində yaşayacaq''.

''Ümid edirəm ki, 2021-ci ildə Azərbaycan mədəniyyəti və təbii gözəlliyi ilə tanış olmaq üçün daha çox imkanım olacaq. Həm də ümid edirəm ki, qlobal koronavirus pandemiyasına sürətlə son qoyulacaq. Amerikalılar və azərbaycanlılar səyahət etmək, ticarət etmək və insanlar arasında əlaqələri inkişaf etdirmək üçün yenə də üzbəüz görüşə biləcəklər. Məhz insanlar arasındakı bağlar ikitərəfli münasibətlərimizin təməlidir''.

"ABŞ-da ən çox sevilən ənənələrimizdən biri hər yeni il üçün hazırladığımız məqsədlərdən ibarət siyahıdır. Gələn il təhlükəsizlik, enerji və demokratik idarəetmə mövzusunda uzun illərdir, davam edən əməkdaşlığımızı davam etdirmək və hər iki ölkənin qarşılıqlı çiçəklənməsinə çalışmaq üçün Azərbaycan xalqı və hökuməti ilə birlikdə çalışmaq mənim yeni il məqsədlərimdəndir".

''Həmrəylik gününüz və Yeni iliniz mübarək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO