Cahit Bağçı İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb

Cahit Bağçı İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb

Hazırda oxunan: Cahit Bağçı İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb

625157
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qınayıb.
 
Diplomat bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
 
“Son günlər Ermənistan tərəfindən sərgilənən davranışlar - dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmayan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq”, - deyə səfir vurğulayıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO