Ombudsman ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin nümayəndə heyəti ilə görüşüb

Ombudsman ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin nümayəndə heyəti ilə görüşüb

Hazırda oxunan: Ombudsman ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin nümayəndə heyəti ilə görüşüb

609825

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin xüsusi tapşırıqlar üzrə səfirinin müavini Karson Relits Roker və Avropa və Mərkəzi Asiya üzrə müşaviri Coanna Vulfsberq ilə görüşüb.

Görüşdə qonaqlara Ombudsmanın fəaliyyət istiqamətləri, Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirilən başçəkmələr, təsisatda yeni yaradılan şöbə və sektorlar haqqında məlumat verilib. S.Əliyeva əhalinin bütün qruplarından olan şəxslərin Ombudsmana müraciət etməsi üçün əlçatanlığın təmin edildiyini və hər hansı ayrı-seçkiliyə yol verilmədən bütün müraciətlərə həssaslıqla yanaşıldığını bildirib.

S.Əliyeva beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti barədə də məlumat verərək, xarici həmkar qurumlarla aparılan təcrübə mübadiləsinin önəminə toxunub.

Bundan başqa, Müvəkkilin dörd regional mərkəzi tərəfindən bölgələrdə aktual mövzularda hüquqi maarifləndirici tədbirlərin keçirildiyi, bu sahədə dövlət qurumları və yerli QHT-lər ilə sıx əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb.

Daha sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və qonaqların sualları cavablandırılıb.

Yekunda nümayəndə heyətinin üzvlərinə Ombudsman təsisatının 20 illiyinə həsr olunmuş poçt markaları və təsisat tərəfindən hazırlanmış maarifləndirici nəşrlər hədiyyə edilib. (azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO