Paris Azərbaycan Evi səfirliyə hücumu pisləyən bəyanat yayıb

Paris Azərbaycan Evi səfirliyə hücumu pisləyən bəyanat yayıb

Hazırda oxunan: Paris Azərbaycan Evi səfirliyə hücumu pisləyən bəyanat yayıb

590620

Parisdə fəaliyyət göstərən Azərbaycan Evi ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilən terrorla bağlı bəyanat yayıb və insanlıq əleyhinə yönələn bu cinayəti qətiyyətlə pisləyib.

Bu barədə  Paris Azərbaycan Evindən məlumat verilib.

Bəyanatda Fransada yaşayan soydaşlarımızın bu xain hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsindən, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdikləri vurğulanıb. Cənubi Azərbaycanda yaşayan 40 milyon soydaşımızın hüquqlarının davamlı olaraq pozulmasından və İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından narahatlıq ifadə edilib.

Dünya ictimaiyyətinin diqqətini İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinə yönəldilib, beynəlxalq təşkilatlardan sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması tələb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO