İrəvan Bakının “3+3” görüşü ilə bağlı təklifinə cavab verdi

İrəvan Bakının “3+3” görüşü ilə bağlı təklifinə cavab verdi

Hazırda oxunan: İrəvan Bakının “3+3” görüşü ilə bağlı təklifinə cavab verdi
584580
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Xarici İşlər Nazirliyi Bakının “3+3” regional platforması üzrə görüşün keçirilməsi barədə təklifinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, XİN-in açıqlamasına görə, görüşün harada keçiriləcəyi ilə bağlı müzakirələr davam edir.

“Görüş İrəvanda və ya Bakıda baş tutmalıdır. Bununla bağlı müzakirələr davam etdiriləcək və razılıq əldə olunarsa, məlumat verəcəyik”, – bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan İctimai Televiziyaya açıqlamasında deyib.

Bundan əvvəl, dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran XİN rəhbəri Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirmişdi ki, Azərbaycan “3+3” formatının növbəti görüşünü əvvəlcə öz ərazisində, daha sonra isə Ermənistanda keçirməyi təklif edib. Onun sözlərinə görə, Ermənistan bu ardıcıllıqla razılaşmayıb və tərəflər ortaq qərara gələ bilməyiblər.

Qeyd edək ki, əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbul şəhərlərində keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO