XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək

XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək

Hazırda oxunan: XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək

48840

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

XİN-dən Bizim.Media-ya bildirilib ki, nazirlikdə diplomatik xidmətə qəbul üzrə imtahan 2022-ci ilin yanvarın 23-də baş tutacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək.

Qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

"Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı 26 dekabr 2021-ci il tarixində keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 08.12.2021-ci il saat 10:00-dan 19.12.2021-ci il saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq", - məlumatda qeyd olunub.

Bildirilib ki, namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO