Azərbaycana qarşı təxribatların ikinci dalğası – Təxribatlarda İRAN İZİ - FOTO

Hazırda oxunan: Azərbaycana qarşı təxribatların ikinci dalğası – Təxribatlarda İRAN İZİ - FOTO

44597

2 noyabr 2021-ci il tarixində xarici mətbuatda Azərbaycan əleyhinə təxribat xarakterli məlumatların yer aldığı məqalə paylaşılıb.

Məqalədə İsral kəşfiyyatı “Mossad”ın keçmiş yüksək rütbəli əməkdaşlı, İsrail baş naziri Benyamin Netanyahunun təhlükəsizlik üzrə müşaviri olmuş Uzi Aradın saxta müsahibəsinə yer verilib.
 

"Yerusəlim Post” qəzetinin siyasi müxbiri, tanınmış jurnalist Gill Hoffmanın müəllifliyi ilə yayımlanan məqalədə Azərbaycan-İsrail münasibətləri, iki tərəfli əməkdaşlıq məsələsi, Azərbaycan Prezidenti və onun ailə üzvləri ilə bağlı saxta iddialara yer verilib. 


İsrailin Azərbaycanla hərbi və kəşfiyyat əlaqələrinə diqqət çəkən saxta məqalə, hər iki ölkənin Azərbaycanın cənub sərhəddində və Xəzər hövzəsində birgə əməliyyatlar keçirdiyini iddia edir.

Saxta müsahibə Azərbaycan ordusunun birbaşa İsrail mütəxəssisləri tərəfindən formalaşdırıldığına və Azərbaycan siyasi dairələrinin İsrailin iradəsi ilə hesablaşdığına da diqqət çəkilir.

Məqalədə əks olunan iddiaların inandırıcı olmaması, lakin saxta müsahibədə adları çəkilənlərin ciddi nüfuzlu şəxslər olması məsələnin əsl mahiyyəti ilə bağlı bir sıra şübhələrə əsas verir. Bu məqsədlə Bizim.Media olaraq adı çəkilən saxta müsahibə ilə bağlı araşdırma aparmağa və gizlin məqamları ortaya çıxarmağa qərar verdik.

Təxribat necə başlayıb?

Saxta müsahibə ilk olaraq 31 oktyabr tarixində gill-hoffman.com adlı saytda yayımlanıb. Gill Hoffmanın fəaliyyəti və çalışdığı qəzetin miqyasını düşündüyümüzdə bu cür bir müsahibənin “Yerusəlim Post”-da yox, yeni yaradılan kiçik saytda paylaşılacağı inandırıcı görünmür. 

Bir digər şübhəli məqam isə “Yerusəlim Post” qəzetinin müxbirinin rəsmi hesabı kimi göstərilən saytın 2021-ci il 12 oktyabr tarixində yaradılmasıdır.
 

Cəmi iki ay əvvəl yaradılan saytın qeydiyyat ünvanı isə İslandiya, Reykyavik olaraq göstərilib.


Gill Hoffmanın özünə şəxsi sayt açmaq üçün İslandiyanı seçməsi və burada cəmi bir neçə xəbərə yer verməsi də şübhələri daha da artıran səbəblər sırasındadır.

Bununla yanaşı ciddi hesab olunacaq heç bir informasiya resursunda, o cümlədən Uzi Aradın və Gill Hoffmanın rəsmi sosial şəbəkə hesablarında da bu müsahibənin reallaşması ilə bağlı hər hansı məlumat verilməyib. “Yerusəlim Post” başda olmaqla heç bir ciddi informasiya resursu saxta müsahibəyə istinad etməyib.

Digər tərəfdən Uzi Aradın peşəkar kəşfiyyat zabiti olması və İsrail-Azərbaycan arasındakı münasibətlərə zərər vura biləcək bu cür açıqlamlar verəcəyi də real görünmür.

Çünki Uzi Arad bu gün də təhlükəsizlik sahəsində analitik kimi çalışır və bu cür saxta iddiaaların hansı nəticələrə gətirəcəyindən hər kəsdən daha çox xəbərdardır.
 

Eyni zamanda İsrail-Azərbaycan münasibətlərinin də yüksək səviyyədə olması bu cür fəaliyyətlərin İsrailin dövlət maraqlarına da uyğun olmadığını deməyə əsas verir.


Sadalanan məqamlar saxta müsahibənin real olmadığı və xüsusi maraq qrupları tərəfindən məqsədli şəkildə ortaya atıldığı ilə bağlı şübhələri daha da artırır.

Təxribatın İran dezinformasiya şəbəkəsi ilə bağlantısı

Tərəfimizdən aparılan araşdırma nəticəsində yayımlandıqdan bir neçə saat sonra, 1 və 2 noyabr tarixlərində saxta müsahibənin bir sıra kiçik saytlarda ardıcıl şəkildə tirajlandığı müəyyən edilib. Belə ki, müsahibəyə Türkiyədə fəaliyyət göstərən “Yakın Doğu Haber”, “Medyaturk.info”, “7sabah” kimi informasiya resurslarında ilk mənbəyə istinadən verilib. 

Adı çəkilən informasiya resurslarından “Yakın Doğu Haber” saytının Türkiyədə İran təbliğatının əsas simalarından biri olan Alptekin Dursunoğlu tərəfindən idarə olunduğu məlumdur. Bu şəxs Türkiyə ictimaiyyətində əsasən İran meylli xəbərlər paylaşması və Əsəd rejimini dəstəkləyən məqalələri ilə tanınır.

Dursunoğlu hətta 2020-ci ilin martında Türkiyə əleyhinə dezinformasiya fəaliyyətləri icra etdiyi üçün qısa müddətli həbs olunub.
 

Onun və idarə etdiyi saytın əsasən İran və İranın dəstəklədiyi Əsəd rejiminin mövqeyini müdafiə etdiyi açıq şəkildə müşahidə olunur.


“7sabah” saytının adı isə 2018-ci ildə yayımlanan “Global İran Disinformation Operation” adlı hesabatda İran meylli dezinformasiya kanalı kimi ilk sırada çəkilir. Bu hesabat İranın beynəxalq ictimaiyyəti yönləndirmək məqsədilə istifadə etdiyi feyk hesablar və internet resursları ilə bağlı məlumatları özündə ehtiva edir.

Saxta müsahibəni yayımlayan Türkiyə xəbər saytlarının müntəzəm olaraq Ermənistan istiqamətli xəbərlərə yer verməsi də bir digər maarqlı məqamdır.

2018-cildə yayımlanan hesabatda İranın dezinformasiya istiqamətləri arasında fransız dilli xəbər saytlarının yaradılmasına xüsusilə yer verilir. Təsadüfi deyil ki, saxta müsahibə yayımlandıqdan dərhal saat sonra ikinci və üçüncü səviyyəli fransızdilli informasiya resursları (french.almanar.com.lb, journal.re, lesmoutonsenrages.fr) tərəfindən də kütləvi şəkildə tirajlanıb.

Adı çəkilən saytlardan french.almanar.com.lb-ın əsas xəbər məzmunun İran və terrorçu təşkilat kimi tanınan Hizbullahla bağlı olması isə xüsusilə diqqət çəkir.

Hətta bu saytda Hizzullah və bu təşkilatın fəaliyyətini işıqlandırmaq üçün xüsusi bölmə belə fəaliyyət göstərir. 
 

Təxribat məqsədi daşıyan saxta müsahibədə Azərbaycanın cənubunda və Xəzər dənizində İsrailin əməliyyat və təlimlərin keçirilməsi ilə bağlı yalan məlumatlara yer verilməsi İranın maraqları çərçivəsində olduğu göstərir.


Saxta müsahibə Azərbaycanlıların müsəlman olmadığının, məhz bu səbəblə İsraillə əməkdaşlığa göz yumduğunun iddia edilməsi də ölkə daxilində yeni təxribatların hazırlanması üçün zəmin hazırlayır.

İran dildə gərginliyin sona çatdığını iddia etsə də, Azərbaycana qarşı təxribatlardan əl çəkmədiyini bir daha nümayiş etdirir. Bu məqsədlə öz dezinformasiya şəbəkəsini prosesə qoşan İran dolayı yolla Azərbaycan-İsrail münasibətlərini hədəf almağa, beynəlxalq ictimaiyyətdə baş verənləri fərqli şəkildə təqdim etməyə çalışır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO