Prezident daha bir neçə ölkəyə səfir təyin etdi - ADLAR 

Prezident daha bir neçə ölkəyə səfir təyin etdi - ADLAR 

Hazırda oxunan: Prezident daha bir neçə ölkəyə səfir təyin etdi - ADLAR 
29967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Prezidentin Mətbuat xidməti yayıb. 

İlham Əliyevin digər sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. 


Dövlət başçısı, həmçinin Vaqif İsmayıl oğlu Sadıqovu Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, Elnur İxtiyar oğlu Sultanovu Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib. 

Sərəncamla Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO