Azərbaycandan Gürcüstana təcili DƏSTƏK

Azərbaycandan Gürcüstana təcili DƏSTƏK

Hazırda oxunan: Azərbaycandan Gürcüstana təcili DƏSTƏK
245002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda yenidən bu gün elektrik enerjisi kəsilib.

Bizim.Media xəbər verir ki, ölkənin paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionları da bu problemlə üzləşib.
 

Buna səbəb Kavkasioni elektrik ötürücü xəttində baş verən qəza göstərilir.


“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “qafqazinfo.az”a verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerjisistemi ilə paralel iş bərpa olunub.

Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.

Qeyd edək ki, qəzanın səbəbi hələlik bəlli deyil.

Xatırladaq ki, bir neçə gün öncə də Gürcüstan qaranlığa qərq olmuşdu. Genişmiqyaslı qəza nəticəsində Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq kəsilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO