Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE

Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE

Hazırda oxunan: Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
229484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bizim.Media Birol Akgünün dosyesini təqdim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Azərbaycana yeni səfir təyin etdi – FOTO


Akgün 25 mart 1968-ci ildə Soma şəhərində (Manisa vilayəti) anadan olub. İbtidai, orta və lisey təhsilini yaşadığı rayonda başa vurduqdan sonra, 1993-cü ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Milli Təhsil Nazirliyinin tapşırığı ilə rəsmi təqaüdlə magistr təhsili almaq üçün ABŞ-a gedib. Orada Case Vestern Reserve Universitetində (Klivlend, Ohayo) siyasi elmlər üzrə magistr (1996) və PhD (2000) dərəcəsini alıb. Vətənə qayıdandan sonra Akgün Selcuk Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Beynəlxalq Əlaqələr Departamentində işləməyə başlayıb və 2004-ci ildə dosent olub. 2009-cu ildə professor elmi dərəcəsi alıb.

Professor Birol Akgün hazırda Yıldırım Beyazıt Universiteti Siyasi elmlər fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və “Maarif” Vəqfi İdarə Heyətinin sədridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO