Zakir Həsənov Ankarada Afrin əməliyyatını da müzakirə etdimi?

Zakir Həsənov Ankarada Afrin əməliyyatını da müzakirə etdimi?

Hazırda oxunan: Zakir Həsənov Ankarada Afrin əməliyyatını da müzakirə etdimi?

219060
Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov mart;n 28-29-da Türkiyədə rəsmi səfərdə oldu. Görüşün ilk günü Z.Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akarla ,bu gün isə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan ilə Ankarada prezident iqamətgahında görüşlər keçirildi.xa0

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub. General-polkovnik martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.xa0

Bəs bu görüşlər Azərbaycan üçün nə kimi vədlər verir?xa0

Afrin əməliyyatının Dağlıq Qarabağ münaqişəsi üçün yaxşı nümunə olduğunu əvvəlki yazılarımda vurğulamışdım. Bu əməliyyatlarda Türkiyə uğur qazanacağı təqdirdə regionda xeyli güclənəcəkdi və bu da birbaşa bizim üçün Dağlıq Qarabağ münaqişəsində Rusiyanın təsir gücünü xeyli azaldmaq imkanı verirdi. Həmin an yetişib artıq. Qardaş ölkə, eyni zamanda strateji müttəfiqimiz olan Türkiyə günü-gündən regionda əsas söz sahiblərindən birinə çevrilməkdə davam edir. Əksinə Rusiyada böhranlı vəziyyət hökm sürür. Bununla da vəziyyəti də öz xeyrimizə dəyişməyin vaxtıdır! İllərdir Ermənistanla baş tutan sülh danışıqları heç bir nəticə vermir və nə zamansa hər hansı dəyişiklik olacağını düşünmürəm. Bu il üçün Dağlıq Qarabağda müharibənin olması ehtimalının yüksək olduğunu qeyd etmişdik. Hətta ABŞ-dan da belə bir bəyanat gördük. Son günlərdə isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun müharibə proqnozları gündəmdə yer alıb. Bu müharibə proqnozlarında Ermənistan və Azərbaycanın da adı hallanıb.xa0

Bəs müharibə baş verərsə Putin hansı addımı atacaq?xa0

Qeyd edək ki, bu il Rusiya Ermənistana yeni müdafiə krediti razılaşması çərçivəsində silah tədarükünə başlayacaq. Bütün bunlara baxmayaraq əgər Dağlıq Qarabağda müharibə başlayarsa tam fərqli mənzərənin şahidi ola bilərik. Rusiya artıq bu ikili mübarizədə əl qolunu çox uzada bilməyəcək. Çünki indiki situasiyada, yəni təklənmiş vəziyyətdə bu onun ziyanına işləyəcək. Türkiyə amili də burada əsas rol oynaya bilər. İstənilən halda torpaqlarımızın bütövlüyünü təmin etmək üçün hərəkətə keçməyin əsl vaxtıdır!

Rusif Məmmədov,xa0
Qərbi Kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzinin eksperti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO