Qaragöllə bağlı 6 saat davam edən üçtərəfli görüş yekunlaşdı - SON DƏQİQƏ - VİDEO

Qaragöllə bağlı 6 saat davam edən üçtərəfli görüş yekunlaşdı - SON DƏQİQƏ - VİDEO

Hazırda oxunan: Qaragöllə bağlı 6 saat davam edən üçtərəfli görüş yekunlaşdı - SON DƏQİQƏ - VİDEO

21085

Qaragöl ətrafındakı vəziyyətə dair danışıqlar aparılıb. 

Bizim.Media-nın məlumatına görə, “Azadlıq” radiosunun erməni xidməti xəbər verib ki, Ermənistanın Sünik vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlar ötən gün gecə saatlarında başa çatıb.

6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər. Digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan tərəfinin Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində öz dövlət sərhədini bərpa etməsi gərginliyə səbəb olub.

Belə ki, yüksək dağlıq ərazilərdə qarın əriməsi və hava şəraitinin yumşalması ilə Azərbaycan sərhədçiləri ölkəmizə aid olan Qaragöl dövlət qoruğu ətrafında mövqe tutublar. Erməni tərəfi isə bunu “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək təxribatçı bəyanatlar səsləndirib.

Artıq Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirib. Bəyan edib ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilir, Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.

Hazırda mübahisə və gərginlik predmetinə çevrilmiş, yüksək dağlıq ərazilərdə, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir.Göl Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda Böyük işıqlı dağının (3548 m) şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və Kicik İşıqlı (3452 m) dağı ilə, şimaldan Canqutaran (2790 m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunub. 

İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Lakin 90-cı illərin əvvəllərindən etibarən Qaragöl və ətraf ərazilər Ermənistanın işğalı altına düşüb. İşğal dövründə Qaragöl Dövlət Qoruğunun ərazisi talanıb, bitki örtüyünə ciddi ziyan vurulub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO