İrəvan xanlığını azərbaycanlılar idarə edib - Erməni ensiklopediyası - FOTOFAKT

İrəvan xanlığını azərbaycanlılar idarə edib - Erməni ensiklopediyası - FOTOFAKT

Hazırda oxunan: İrəvan xanlığını azərbaycanlılar idarə edib - Erməni ensiklopediyası - FOTOFAKT

15735

Ermənilər illərlə özlərinə yaratdıqları saxta tarixlərini öz əlləri ilə də ifşa edirlər.
Çünki tarixi faktlardan qaçmaq mümkün deyil.

Belə ki, hər zaman İrəvan şəhərinin ermənilərə aid olduğunu iddia edən ermənilər öz elmi məqalələr toplularında bu tarixi vermək zorundadırlar.

Erməni Sovet Ensiklopediyasının üçüncü cildində (səh. 571) İrəvanı XV əsrin sonundan 1828-ci ilə qədər idarə edən hökmdarların siyahısı çap edilib. Siyahıyla tanış olanda  onların arasında ən azı bir erməni olmadığını asanlıqla görmək olur.

Əmir Saadla başlayan siyahıda bir-bir İrəvan hökmdarlarının adları açıqlanır.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni müxalifəti İrəvanda çadırları sökdü – Paşinyanı devirə bilmədilər - VİDEO


1. Əmir Saad (XIV əsrin sonu - 1410);

2. Pir Hüseyn (Emir Saad oğlu), Pir Gaib (Pir Hüseyn oğlu) - (1410-1420);

3. Əbdül (Pir Hüseynin oğlu) (1430);

4. Yaqub bəy (1440);

5. Həsən Əli Qaraqoyunlu (1460);

6. Div Sultan Rumlu (1515);

7. Hüseyncansultan Rumlu (1550);

8. Şahgülüsultan Rumlu (1550-1575);

9. Məhəmməd Xan Tohmah Ustaclı (1576-1583)

10. Xıdır Paşa (1583);

11. Məhəmməd Şərif Paşa (1604);

12. Əmir-Günə xan Qacar ​​(1605-1625);

13. Töhməz Qulu xan Qacar ​​(1625-1635);

14. Kəlbəli Xan (1636-1639);

15. Caghatay Kyotuk Muhammad Khan (1639-1648);

16. Keyxosrov Xan (1648-1652);

17. Məhəmməd Xan (1652-1656);

18. Nəcəfqulu Xan (1656-1663);

19. Abbasqulu xan Qacar ​​(1663-1666);

20. Səfiqulu xan (1666-1674);

21. Sərxan bəy (1674-1675);

22. Səfiqulu xan [1675-1679);

23. Xan Zalı (1679-1688);

24. Murtuzaqulu xan (1688-1691):

25. Məhəmmədqulu xan (1691-1694);

26. Fərzəli xan Qacar ​​(1694-1700);

27. Zöhrab xan (1700-1705);

28. Əbdül Məhəmməd Xan (1705-1709).

29. Mehragi Xan (1709-1719);

30. Allahqulu Xan (1719-1725);

31. Rəcəb Paşa (1725-1728);

32. İbrahim Paşa və Mustafa Paşa (1728-1734);

33. Əli Paşa Defterdar (1734)

34. Məhəmmədqulu xan (1735-1736);

35. Hacı Hüseyn Paşa (1735)

36. Pirməhmət xan (1736);

37. Xəlil Xan Özbək (1752-1755):

38. Həsənəli xan Qacar ​​(1755-1762);

39. Hüseynəli xan Qacar ​​(1762-1783);

40 Qulaməlı xan Qacar ​​(1783-1784});

41. Məhəmməd xan Qacar ​​(1784-1806):

42. Mehtiqulu xan Qacar ​​(1805 1806);

43. Əhməd xan Marağalı (1806-1807),

44 Hüseyn xan Qacar ​​(1807-1827)

Siyahıdan da göründüyü kimi əsrlər boyu İrəvanı azərbaycan türkləri idarə edib. Görünür illərlə özlərini saxta, mənbəyi bilinməyən “dəlil”lərlə  öz “qədim” liyini, “ali”liyini sübut etməyə çalışan xəstə təfəkkürlü “millət” bu amalda qarşılarına çıxan bütün yollara əl atıblar.

Qed edək ki, Sovet dövründə erməni dilində 1974-1987-ci illərdə nəşr olunan bu ensiklopediya 13 cilddən ibarətdir.

Vüsalə Balayeva, Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO