Zərif İstanbul danışıqlarından sonra Çavuşoğluna “qardaşım” dedi

Zərif İstanbul danışıqlarından sonra Çavuşoğluna “qardaşım” dedi

Hazırda oxunan: Zərif İstanbul danışıqlarından sonra Çavuşoğluna “qardaşım” dedi

15434

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İstanbulda aparılan danışıqları "məhsuldar" adlandırıb.

Bizim.Media xəbər verir ki, Zərif bu barədə özünün “Twitter” hesabında qeyd edib.

 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu Zəriflə görüşdü - Nələr müzakirə edildi?


“Qardaşım Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün gözəl İstanbula səmərəli səyahət oldu. Əvvəlki kimi, ikitərəfli və regional məsələlərdə konstruktiv qarşılıqlı əlaqə quruldu”deyə İran Xarici İşlər naziri yazıb.

O, səfərin əsas məqsədinin "Bölgədə 400 illik sülhə sahib olan İran və Türkiyə təcrübəsinin tətbiqi" olduğunu bildirib.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif bir gün əvvəl danışıqlar üçün Türkiyəyə yola düşmüşdü.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO