Səfir: “Azərbaycan və Mərakeş bütün sahələrdə səmərəli əməkdaşlıq edir”

Hazırda oxunan: Səfir: “Azərbaycan və Mərakeş bütün sahələrdə səmərəli əməkdaşlıq edir”

148856

“Mərakeş ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf etdirilir. Qarşılıqlı səfərlər əlaqələrimizin inkişafına öz töhfəsini verir. Ümid edirik ki, münasibətlərimiz bundan sonra da müsbət müstəvidə irəliləyərək dərinləşəcək”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Bakıda Mərakeşin milli bayramı münasibətilə təşkil olunan tədbirdə deyib. 

Ölkəsinin qazandığı nailiyyətlərdən bəhs edən diplomat bildirib ki, Kral VI Məhəmmədin hakimiyyətə gəlişindən ötən müddət ərzində çox müsbət işlər görülüb, ölkə iqtisadiyyatı inanılmaz dərəcədə inkişaf edib. 

“Ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasında Ulu Öndər Heydər Əliyevin böyük rolu var. Ümummilli Liderdən sonra bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirir”, - deyə diplomat vurğulayıb. 
Azərbaycanın və Mərakeşin bütün sahələrdə səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdıran Məhəmməd Adil Embarş mövcud əlaqələrin daha da dərinləşəcəyinə inandığını diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO