Nazir müavini: “Azərbaycanla Mərakeş arasında əlaqələr uğurla inkişaf etdirilir”

Hazırda oxunan: Nazir müavini: “Azərbaycanla Mərakeş arasında əlaqələr uğurla inkişaf etdirilir”

148848

“Azərbaycan ilə Mərakeş arasında əlaqələr dövlət rəhbərlərimizin səyləri nəticəsində uğurla inkişaf etdirilir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iyulun 31-də Bakıda Mərakeşin milli bayramı - Taxt-Tac Günü münasibətilə təşkil olunan tədbirdə səsləndirib. 

Mərakeş xalqını milli bayram münasibətilə təbrik edən nazir müavini bildirib ki, Azərbaycan tarixi dostluq əlaqələri olan Mərakeşlə münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verir. 

Qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin dərinləşməsində əhəmiyyətini qeyd edən Mahmud Məmməd-Quliyev Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyasının fəaliyyətindən danışıb və ölkələrimiz arasında 100-dən çox sənədin imzalandığını diqqətə çatdırıb. 
“İki ölkə arasında siyasi müstəvidə də əlaqələrimiz yüksək səviyyədədir, siyasi məsləhətləşmələr aparılır. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Beynəlxalq səviyyədə də əməkdaşlığımız uğurla davam etdirilir”, - deyə nazir müavini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO