Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdikləri məsələlər AÇIQLANDI - FOTO 

Hazırda oxunan: Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdikləri məsələlər AÇIQLANDI - FOTO 

148795

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidanın arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tvitterdə paylaşım edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü başladı - FOTO


Qeyd olunub ki, tərəflər Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar. 

C.Bayramov və H.Fidan həmçinin iqtisadi və enerji sahəsindəki əməkdaşlığı, TANAP layihəsini, yeni geosiyasi reallıqları müzakirə ediblər. 

“Güclü Türkiyə güclü Azərbaycandır. Güclü Azərbaycan güclü Türkiyədir”, - paylaşımda bildirilib. 

Qeyd edək ki, Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO