"Arif Hacılının bu sözləri mənim şərhimə layiq deyil..."

Hazırda oxunan: "Arif Hacılının bu sözləri mənim şərhimə layiq deyil..."

146451
Müsavat başqanı Arif Hacılı jurnalist Əvəz Zeynallının “Qaynar Qazan”x9d layihəsinə müsahibəsində Azərbaycan Liberal  Partiyasının lideri Lalə Şövkətlə eks-Müsavat başqanı İsa Qəmbər arasında müqaisə aparıb və deyib ki, İsa Qəmbər Lalə Şövkət kimi proseslərdən kənara çəkilməyib.

ALP sədri Əvəz Temirxan Moderator.az-a açıqlamasında  Arif Hacılının bu fikirlərinə cavabı çox qısa oldu:

“ Mən Arif Hacılının müsahibəsini oxudum. Onun Lalə xanım barədə dedikləri ilə də tanışam. Bircə onu demək istəyirəm ki, Arif Hacılının bu sözləri mən və partiyamız tərəfindən hər hansısa bir şərhə, açıqlamaya layiq deyil. Ona görə də Müsavat başqanının fikirlərinə heç bir münasibət bildirməyəcəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO