Şuşa və Zabux istiqamətindəki mövqelərimiz ATƏŞƏ TUTULDU  

Şuşa və Zabux istiqamətindəki mövqelərimiz ATƏŞƏ TUTULDU  

Hazırda oxunan: Şuşa və Zabux istiqamətindəki mövqelərimiz ATƏŞƏ TUTULDU  

145783

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub. 

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO