Ən yeni dövrdə yeni regional münaqişələr...

Ən yeni dövrdə yeni regional münaqişələr...

Hazırda oxunan: Ən yeni dövrdə yeni regional münaqişələr...

122442
Türkiyənin Suriyaya qarşı artan hədələri, əslində planlaşdırılmış şəkildə baş verir.İsrail və Qərbin hegemonçuluq və istila siyasəti əleyhinə müqavimət dayaqlarından biri kimi Suriyanın tab gətirməsi onları yeni planlar üzərində işləməyə məcbur edir.Bu günkü dünya sistemi açıq hərbi münaqişələrlə və işğallarla istəyə nail olma dövrünü keçib.Hal ”“ hazırda güclü dövlətlər onlara tabe olmayan dövlətlərə qarşı terror və iqtisadi mübarizə yolunu tutblar.Bu yolda onlara tabe olmayan dövlətlərin daxilində olan etnik toplumlar, azsaylı xalqlar yardım edir.Türkiyə tarix boyu daxilindəki azsaylı xalqların yaratdığı istər iqtisadi, istər siyasi, istərsədə hərbi problemlərlə üzləşib.XX əsrin 80 ”“ ci illərində Türkiyədə yaşanan terror və bölücülük siyasətinin izləri indi də qalmaqdadır.1923 ”“ cü ildən bəri xarici qüvvələrin Türkiyənin başını yalnız daxili problemləri ilə qatmaq siyasəti özünü doğrultmadı.Belə ki, 2002 ”“ ci ildə hakimiyyətə gələn xa0Rəcəb Tayyib Ərdoğan türkiyənin daxili problemlərini azaldıb, dövlətin regionda söz sahibi olmaq yoluna qədəm qoydu.Artıq Ərdoğan hakimiyyəti fövründə böyük dövlətlər regional və beynəlxalq mələlərdə onunla hesablaşamağa məcbur oldu.Bu əlbəttə ki, tarixdə iki dəfə türk şilləsi yemiş qərb üçün böyük təhlükə idi.Ona görə də daxili və qonşuluqda olan problemləri qabartmaqla Türkiyəni yeni sıxıntılarla baş ”“ başa qoymaq istəyirdilər.Kürd ”“ PKK problemindən istənilən nəticəni ala bilməyən xarici qüvvələr yeni münaqişə ocağı, Suriya ”“ İŞİD problem yaradaraq Türkiyədəki sabitliyi pozmağa başladılar. Suriya münaqişəsi təkcə Türkiyəni hərbi və siyasi cəhətdən yox, həmdə beynəlxalq əməkdaşlıq və dövlətlərarası münasibətlərinə də təsir etdi.Belə ki, Suriya iqtidarını dəstəkləyən Rusiya artıq Türkiyə üçün iqtisadi problemə çevrildi. Hal ”“ hazırda Terrorizm və Rusiyanın sanksiyaları Türkiyənin onsuz da tənəzzülə doğru gedən iqtisadiyyatına güclü zərər vurur. Xatırlayırsızsa, bir müddət əvvəl, Almaniya turistləri Türkiyədə terrora məruz qaldı. Bomba hücumları Türkiyə iqtisadiyyatında Rusiyanın tətbiq etdiyi sanksiyaların təsiri hiss olunmağa başladığı bir zaman törədilib.Moskva və Ankara arasında münasibətlərdə keçən il noyabr ayında Türkiyənin Suriya ilə sərhəddə Rusiya təyyarəsini vurub salmasından sonra gərginlik mövcuddur. Türkiyə Suriyada vətəndaş müharibəsində üsyançılara qarşı döyüşən hökumət qüvvələrinə dəstək məqsədilə hərbi əməliyyatlar aparan təyyarənin onun sərhədini pozduğunu bildirir.Rusiya bu iddianı rədd edir. Rusiyanın tətbiq etdiyi sanksiyalar Türkiyənin turizm, kənd təsərrüfatı və bank sektorlarını hədəf alır. Türkiyə bir il əvvələ qədər iki cəbhədə savaşırdı:PKK və İŞİD terror.İndi isə, Suriyadan gələn qaçqınların içərisindəki potensial İŞİD-çilər, Rusiya faktoru da bu mübarizə cəbhəsini genişləndirib.Artıq beynəlxalq güclər Türkiyəni bir necə cəbhədə mübarizəyə sürükləməklə dövləti parçalamağa, məhv etməyə, siyasi arenadan çıxarmağa çalışırlar.Bəlli olduğu kimi, Türkiyə son günlərdə ona qarşı savaş açmış İŞİD və PKK terrorçuları ilə mübarizə fonunda dünya gündəminə gəlir.İŞİD ilə PKK-nın bir-birinə düşmən olduğu, bu iki terrorçu təşkilatın İraq və Suriyada bir-birilə savaşdığı məlumdur.Bu mübarizənin qığılcımlarının Türkiyə ərazisinə də yayılması PKK tərəfindən bu ölkədə sabitliyi pozmaq, qan axıtmaq üçün bəhanə kimi dəyərləndirildi.Terror hücumlarının genişləndiyi bir vaxtda Türkiyə İncirlikdəki hərbi hava bazasından ABŞ-ın istifadəsinə icazə verdi.Bununla belə, ABŞ bazadan yalnız İŞİD-ə qarşı əməliyyatlar üçün yararlanır.Başqa bir tərəfdən, Türkiyə tərəfi artıq Suriyadan gələn qaçqınların sayının artmasından narahatlığını da gizlətmir.Rəsmi Ankaranın məqsədlərindən biri də Suriyanın şimalında, İŞİD-dən təmizlənəcək ərazilərdə "təhlükəsizlik zonası"nın yaradılması və qaçqınların bölgəyə köçürülməsidir.İstənilən halda, Türkiyə artıq terrorizmlə mübarizəni daha aktiv fazada davam etdirmək qərarını verib.Belə olan təqdirdə, Türkiyənin üzvü olduğu NATO ölkələrinin, xüsusən də ABŞ-ın bu mübarizədə rəsmi Ankaraya nə dərəcədə yardım göstərəcəyi maraq doğurur.Bəllidir ki, son zamanlar ABŞ bölgədəki proseslərə birbaşa hərbi müdaxilə məsələsində bir qədər tərəddüd və çəkingənlik nümayiş etdirir.Bununla belə, rəsmi Vaşinqton Türkiyənin Suriya və İraq ərazisində İŞİD-ə qarşı əməliyyatlarını təqdir etdiyini bildirir. İncirlikdəki hərbi bazadan istifadəyə icazənin verilməsi ABŞ-ın İŞİD-lə mübarizədə fəallığını artırmasına şəraitin yaranması deməkdir.İŞİD-in məğlub edilməsində İran və Rusiya da maraqlı olduqlarını nümayiş etdirirlər. Lakin mövcud Qərb-Rusiya qarşıdurması və Türkiyənin ABŞ-a bağlılığının daha möhkəm olması terrorizmlə mübarizədə bu ölkələrin rəsmi Ankara ilə sıx əməkdaşlığına imkan vermir.Qərbin Suriyadakı müharibə ilə bağlı sərgilədiyi mövqeni Türkiyə üçün daha da təhlükəli edən məqam İŞİD-lə mübarizədə əsasən PKK-nın bölgədəki hərbi qoluna etibar etməsi və onu silahlandırmasıdır.Bu silahlandırmanın nəticəsində PKK-nın əvvəlki illərlə müqayisədə ağır silahlarla təchizatının yüksəldiyi və terrorçu təşkilatın daha da gücləndiyi güman edilir.ABŞ-la Türkiyənin PKK-ya münasibətindəki bu ziddiyyət son nəticədə İŞİD-in tamamilə məğlub ediləcəyi təqdirdə belə, Türkiyənin əvvəlkindən də böyük terror problemi ilə üzləşəcəyini deməyə əsas verir.Bu problem təkcə Türkiyənin deyil, Suriya və İraq da daxil olmaqla region ölkələrinin təhlükəsizliyinə hədə törədir.Bundan əlavə, İŞİD-in törətdiyi terror aktlarının arealına Türkiyəni də qatması, PKK-nın isə hökumətlə aparılan dialoqa baxmayaraq, silsilə terror hücumlarının yeni mərhələsinə başlaması proseslərin vahid mərkəzdən idarə olunması təəssüratını yaradır. Üstəlik, Türkiyədə koalisiya hökumətinin formalaşmasının gecikməsi fonunda hökm sürən daxili siyasi qeyri-müəyyənlik də ölkədə xaosun yaradılması üçün əlverişli fürsət axtaranların diqqətini cəlb etmiş ola bilər.Yaranmış vəziyyət Yaxın Şərq və Şimali Afrika regionunda qüvvələr balansını və siyasi mənzərəni dəyişməkdə olan Qərbin "Böyük Yaxın Şərq layihəsi"nin mümkün neqativ təsirlərindən Türkiyənin özünü qorumasını zərurətə çevirir.Ankarada törədilən ağır terror aksiyasının Suriyalı qaşqın tərəfindən həyata keçrilməsi Türkiyəyə bu terror törədənlər tərəfindən bir mesajdır.Tarix boyu bu üsuldan istifadə edilib.Terror həmişə vasitə, bəhanə və mesaj olub.Ya hansısa ölkəyə girmək üşün, ya işğal üçün yada təzyiq vasitəsi kimi.ABŞ-da 11 sentyabr terror kimi, Paris-də törədilən terror kimi kifayət qədər nümunələr var.
Bu gün dünyanın supergücləri Türkiyənin bu qədər inkişafını və super gücə çevrilməsini istəmirlər ona görədə qardaş ölkədə qanlı hadisələr törədirlər.xa0

Kamran Əsədov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO