Sinqapurdan Londona uçan sərnişin təyyarəsi Bakıya qəza enişi etdi - VİDEO

Sinqapurdan Londona uçan sərnişin təyyarəsi Bakıya qəza enişi etdi - VİDEO

Hazırda oxunan: Sinqapurdan Londona uçan sərnişin təyyarəsi Bakıya qəza enişi etdi - VİDEO

111548

Heydər Əliyev Beynəlxalq Aeroportunda Sinqapurdan Londona uçan "Qantas Airways" aviaşirkətinin "Airbus 380" sərnişin təyyarəsi qəza enişi edib. 

Aeroportdan Bizim.Media-ya verilən məlumata görə, bu təyyarə ilə sözügedən reysin sərnişinləri bü gün səhər saatlarında Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.

Qeyd edək ki, dekabrın 23-ü iki göyərtəli A380 hava gəmisinin kapitanı Gürcüstan hava məkanında olarkən Bakı hava limanına eniş siqnalı göndərib.

Buna səbəb təyyarənin yük bölməsindəki tüstü sensorunun işə düşməsi olub.

Bakı aeroportu dünyada bu tipli təyyarələrə xidmət göstərmək üçün lazımi avadanlıq və bu cür böyük hava gəmisini qəbul etməyə hazır uçuş-enmə zolağı ilə təchiz edilmiş azsaylı hava limanlarından biridir.
Xatırladaq ki, bu, A380 təyyarəsinin uçuş heyətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna göndərdiyi ilk qəza eniş sorğusu deyil.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO