İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.
Bizim.Media-nın xəbərinə görə, bəyanatda bildirilib ki, İƏT Azərbaycanla həmrəydir.
Təşkilat Ermənistanı Azərbaycanın mülki əhalisinə qarşı hücumları dərhal dayandırmağa çağırıb. Qurum Ermənistan ordusunun mülki əhalini atəşə tutmasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
İƏT-in və BMT TŞ-nin qətnamələri xatırladılaraq, Ermənistandan öz hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması tələb olunub.
Bizim.Media