''Mərkəzdə türkiyəli və rusiyalı həmkarlarımız arasında dost münasibətləri yaranacaq'' - Zakir Həsənov

''Mərkəzdə türkiyəli və rusiyalı həmkarlarımız arasında dost münasibətləri yaranacaq'' - Zakir Həsənov

Hazırda oxunan: ''Mərkəzdə türkiyəli və rusiyalı həmkarlarımız arasında dost münasibətləri yaranacaq'' - Zakir Həsənov

10242

10 noyabr 2020-ci il tarixində imzalanmış  üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

Nazir bildirib ki, Türkiyə Respublikasının və Rusiya Federasiyasının  hərb siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub.

Z. Həsənov qeyd edib ki, mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək:

“Əminik ki, Mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaq. Türkiyəli və rusiyalı hərbi qulluqçular Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin açılışı münasibəti ilə təbrik edir, onlara xidməti döyüş fəaliyyətlərində uğurlar arzu edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO